AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surətini əldə edib.

Bu barədə “Report”a AMEA-dan məlumat verilib.

Səkkiz min beytdən artıq həcmdə olan bu əsər türkcə ilk “İsgəndərnamə”dir.

Qeyd edək ki, Əhmədi osmalı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir. Şair bu əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib.