UEFA Çempionlar Liqasının brendini yeniləyib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni brenddə ulduzların əks olunduğu topların xətlərlə birləşməsi daha çox diqqəti çəkir.

Daha çox çevikliyə malik yeni konsepsiyada əsas elementlər – himn, stadion və mükafat saxlanılıb. Brenddə baza dəyərləri qorunmaqla yeni çalarlar əksini tapıb.

Qeyd edək ki, UEFA hər dəfə üçillik kommersiya tsikli ərəfəsində brendin yenilənməsini həyata keçirir.