Portuqaliya millisinin və “Real” Madrid klubunun hücumçusu Kriştianu Ronaldu komandanı tərk etmək qərarına gəlib.

Modern.az Portuqaliyanın “Record” dərgisinə istinadən xəbər verir ki, futbolçu bununla bağlı yekun qərar verib.

Ronaldunun “Barselona”nın hücumçusu Lionel Messi və “PSJ”nin ulduzu Neymardan daha az maaş almasının onu narazı saldığı bildirilir. Paralel olaraq, “kral klubu”nun inadla Neymarı almaq niyyəti, yaxşı münasibətlərdə olduğu Zinəddin Zidanın baş məşqçi postundan getməsi də onun qərarına təsir edib.