“Maşın” realiti şousunda daha bir gün geridə qalıb. Modern.az xəbər verir ki, 9 nəfər iştirakçının mübarizə apardığı oyunda bu dəfə qutuya müğənni Əli Mirəliyevin fotosunu atılıb.

Hədəfini oyunun sonunda açıqlayan Əli Mirəliyev səs toplayacağı təqdirdə aktrisa Pərvin Abıyevanı verilişdən uzaqlaşdıracağını vurğulayıb. Amma kifayət qədər səs toplamayan Əli Mirəliyev özü verilişi tərk edib.

Qeyd edək ki, hazırda şou aparıcı Aytən Səfərova, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Rahidə Baxışova, Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.