ABŞ-ın Forbes jurnalı dünyanın ən çox gəlir əldə edən idmançılarının siyahısını açıqlayıb. Çox qəribə haldır ki, 100 idmançının olduğu siyahıda tək bir qadın belə yoxdu.

AzEuroNews.com bildirir ki, siyahını tərtib edərkən idmançıların 2017- 2018-ci il müddətində əldə etdikləri maaş, mükafat və sponsor gəlirləri hesablanıb.

Siyahıya liderliyi 285 milyon dollar gəlir ilə boksçu Floyd Meyvezer edir.

İkinci yeri 111 milyon dollar gəlirlə futbolçu Lionel Messi, Üçüncü yeri isə 108 milyon dollar gəlirlə Kriştiano Ronaldo tutub.

Məşhur futbolçu Neymar isə 90 milyon dollar qazanc ilə beşinci sırada yer alıb.

Xatırladaq ki, Forbesin ən çox qazanan idmançılar siyahısı səkkiz ildir ki, nəşr olunur.