Qəhvənin insanların ünsiyyətinə təsir etdiyi məlum olub. Amerika alimlərinin könüllülər arasında apardıqları araşdırmadan sonra məlum olub ki, qəhvə içən insanlar daha diqqətli, canlı və səmərəli fikirlərlə çıxış edirlər.

AzEuroNews.com bildirir ki, həmçinin qəhvə komanda işlərində şəxsin öz dəyərini qaldırmasına və üzərinə düşən öhdəlikləri dəqiqliklə yerinə yetirməsinə kömək edir.