“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları və Avropa Yayım Birliyi (AYB) müsabiqənin gələn il Qüdsdə keçirilməsinə razılıq verməyib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatçılar və AYB yarışın hər hansı münaqişələrə və ya etirazlara yol aça biləcək məkanda keçirilməsinə qarşı olduğunu bildiriblər.
Eyni zamanda qeyd edilib ki, İsrail konkursu Qüdsdə keçirsə, bir çox Avropa ölkələri mahnı müsabiqəsini boykot edə bilər.
Qeyd edək ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O,  “TOY”  (“Oyuncaq”) mahnısını ifa edərək, 529 xalla yarışmada birinci yerə çıxıb.
Bundan sonra İsrailin baş naziri Binyamin Netenyahu “Twitter” hesabında Nettanı təbrik edib və müsabiqənin gələn il Qüdsdə keçiriləcəyini bəyan edib.