PKK terror təşkilatının Suriya qanadı olan YPG-nin Membiçdən geri çəkilməsi istiqamətində tədbirlər davam edir.
AzVision.az xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələrindən müşahidəçi tağım Membiçə yollanacaq.

Amerikalı hərbi müşavirlər tərəfindən dəvət ediləcək müşahidəçi əsgərlərin 28-29 iyun tarixlərində bölgəyə gedəcəyi gözlənilir. Onlar YPG-nin geri çəkilmə prosesini izləyəcəklər.

Terror təşkilatının bölgədən geri çəkilməsinin iyul ayında başa çatması gözlənilir.