Sosioloqların apardığı geniş miqyaslı araşdırmaya görə əmək gəlirinin səviyyəsi xarici görünüşdən aslı olduğu sübut olunub.

AzEuroNews.com bildirir ki, Amerikalı mütəxəssislərin 14 min insan arasında apardıqları  eksperimentdən sonra məlum olub ki, makiyaj edən xanımların əmək haqları digərlərinə nisbətən daha yüksəkdir. Sosioloqların açıqlamalarına görə özünə diqqət edən xanımlar işə götürənlərin beynində daha məsuliyyətli və çətin tapşırıqların öhdəsindən gələ biləcəkləri təəsüratını yaradır.

Bu fikir təbii ki, əks cinsin nümayyəndələrinə də aiddir. Çünki səhər saatlarında yaxşı görünmək üçün vaxt sərf edən insanlar daha planlı və məsuliyyətli görünürlər.