ABŞ prezidenti Donald Tramp Rusiyanın yenidən G8-də (Böyük səkkizlik ölkələri) iştirak etməli olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə “Blommberg” agentliyi məlumat verib.

“Reuters” agentliyi də öz növbəsində ABŞ liderinin Rusiyanın G7-də çıxış etməyə çağırdığını bildirib.

Sammit iyunun 8-də Kanadanın La-Malbo istirahət şəhərciyində keçiriləcək. G7 ( böyük yeddilik öləkələri) ölkələrinə Britaniya, Almaniya, İtaliya, ABŞ, Kanada, Fransa və Yaponiya daxildir.

Qeyd edək ki, G8 sammitinə Britaniya, Almaniya, İtaliya, ABŞ, Kanada, Fransa və Yaponiya ilə yanaşı Rusiya da daxil idi. Lakin 2014-cü ildə Krımın ilhaqından sora Rusiya böyük səkkizlikdən çıxarıldı və sammit G7 adını aldı.