ABŞ prezidenti Donald Tramp bildirib ki, vəfat edən boks üzrə dünya çempionu Məhəmməd Əlinin əfv olunması imkanlarını nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, bununla bağlı The Independent məlumat yayıb.

1967-ci ildə Vyetnama göndərmək üçün ordu sıralarına çağırılan zaman Əli orduda xidmət etməkdən boyun qaçırıb. Ona ringə çıxmaq qadağan edilib. Qadağa 1971-ci ildə ABŞ Ali məhkəməsi tərəfindən ləğv edilib.

“Böyük səkkizlik” ölkələrinin sammitində iştirak üçün Kanadaya uçmazdan əvvəl Tramp deyib ki, Əlini işi ilə əlaqədar tövsiyyə hazırlayır. Onun sözlərinə görə, onda 3 min nəfərin adının olduğu əfv siyahısı var.

Əfsanəvi boksçu 2016-cı ildə 74 yaşında vəfat edib.