Kanadaya, G7 ölkələrinin sammitində iştirak etməyə gələn “Böyük yeddilər”in liderləri ənənəvi qrup fotosu çəkdiriblər.

“Report” xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

“ABŞ prezidenti Donald Tramp və digər dünya liderləri G7 sammitində qrup fotosu çəkdirmək üçün toplanıblar”, – deyə telekanal bildirib.

Qeyd edilir ki, foto çəkilişi zamanı mərkəzdə sammiti keçirən Kanadanın baş naziri Castin Tryudo dayanıb. Daha əvvəl məlum olub ki, Donald Tramp G7 sammitini tədbirin birinci hissəsində – iyunun 9-da, sammit başa çatana qədər tərk edəcək.