Belçika, Almaniya, Dominikan Respublikası, İndoneziya və Cənubi Afrika 2019-2020-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiliblər. Modern.az xəbər verir ki, seçki BMT Baş Assambleyasında keçirilib.

Şurada 2019-cu il yanvarın 1-dən etibarən boş olacaq beş yer üçün altı dövlət namizəd idi.

Mübarizədə eyni regiondan olan Maldiv adaları İndoneziyaya uduzub.