ABŞ prezidenti Donald Tramp sabah Kanadanın Kvebek şəhərində keçiriləcək “G7” sammitinə həyat yoldaşı Melaniya Trampı aparmayıb.

AzEuroNews.com-un “qafqazinfo”ya istinadən xəbərinə görə, buna səbəb Melaniyanın həkiminin onun uçuşuna icazə verməməsidir.

Ötən ayın ortalarında böyrəyindən əməliyyat olan birinci xanıma 1 ay ərzində təyyarə ilə səfər etməməsi tövsiyə edilib. Bu səbəbdən Donald Tramp həyat yoldaşını həm “GT” sammitinə, həm də 12 iyunda Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşə aparmayacaq.