ABŞ-ın energetika nazirliyinin milli laboratoriyasının mühəndisləri dünyanın ən güclü super kompüterini istehsal etdiklərini bildiriblər.

“Ölkə.Az” xəbər verir ki, super kompüterə “Summit” adı verilib.

Kompüterin gücü 200 petaflopsa bərabərdir. Bu isə saniyədə 200 mln milyard əməliyyat yerinə yetirməkdir.

Müqayisə üçün deyək ki, planetdəki hər bir insan 305 gün ərzində hər saniyədə yerinə yetirdiyi əməliyyat sayını yeni kompüter bir saniyədə edir.
“Summit”in gücü Çinin istehsal etdiyi “Sunway TaihuLight” super kompüterindən iki dəfə çoxdur. Çin istehsalı 93 petaflops gücündədir.

Alimlər yeni kompüterdən genlər və xərçəng xəstəlikləri arasındakı əlaqəni müəyyən etmək üçün istifadə edəcəklər. Eyni zamanda narkotik maddələrdən asılılıq da tədqiq ediləcək.