KXDR lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla tarixi görüşü ərəfəsində Sinqapurda axşam gəzintisinə çıxıb.

Oxu.Az xəbər verir ki, onun təxminən 30 avtomobildən ibarət korteji yerli vaxtla 21:30 radələrində “Sent-Recis” otelindən çıxıb.

In “Marine Bay” otelinin damında yerləşən “Sky Park” şəhərin panoramik müşahidəsi meydançasına baş çəkib. O eyni zamanda Esplanad parkında olub.

“Twitter”də artıq Inın müxtəlif insanlarla çəkdirdiyi selfilər yayılır.

Xatırladaq ki, Kim Çen In iyunun 12-də Sinqapurda ABŞ lideri Donald Trampla ABŞ-Şimali Koreya sammmitində iştirak edəcək.