Son çəkdiyi “Möcüzə” filmi ilə rejissorluq karyerasında önəmli addım atan Mahsun Kırmızıgül yeni film üzərində çalışır.

Oxumağa son qoyub kino çəkməyən başlayan M.Kırmızıgülün yeni filmində baş rolda Gülben Ergen rol oynayacaq.

Mahsun filmin həm rejissoru, həm də baş rolda Gülben Ergenin partnyoru olacaq.

Komediya janrında çəkiləcək filmdə Peker Açıkalın, Gaye Evin, Cihat Tamer, Ayşegül Batıgün və Cezmi Baskının da rol alacağı bildirilir.

Oktyabrda çəkilişləri başlayacaq ekran işi Nevşehirin Ürgüp qəsəbəsində lentə alınacaq.

Qeyd edək ki, sürpriz şəkildə baş rola dəvət alan G.Ergen sonuncu dəfə 2006-cı ildə “Gönül” serialında rol almışdı.