Uzun müddət davam edən araşdırmalardan sonra alman alimləri belə qərara gəliblər ki, uzun müddətli ağır depressiya insan beynindəki xatirələri silə bilər. Depressiya insan beyninə önəmli dərəcədə təsir edir və vacib hadisələrin silinməsinə şərait yaradır.

AzEuroNews.com bildirir ki, depressiya dövründə bədən öz gücünü itirərək daha az hüceyrə və neyron istehsal edir. Psixi pozğunluqlar isə yaddaşı getdikcə pisləşdirir.

Alimlər hazırda dünyada 300 milyon insanın psixoloji xəstəliklərdən əziyyət çəkdiyini və depressiyaya qarşı mübarizənin önəmli olduğunu vurğulayıblar.