Makedoniya dövlətinin adı dəyişdirilir.

“Ölkə.Az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Zoran Zayev məlumat verib. O bildirib ki, ölkənin adı Şimali Makedoniya Respublikası olacaq. Bununla bağlı Afina və Skopye arasında razılıq da əldə olunub.

Payız aylarında Makedoniyanın adın təsdiqlənməsi üzrə referendum keçiriləcək.
Hökumət başçısı vurğulayıb ki, “makedoniyalılar” və “Makedon dili” sözləri olduğu kimi qalacaq.