Angela Merkel və Horst Zeehofer / Foto: Kay Nietfeld / dpa / Bild.de
Angela Merkel və Horst Zeehofer / Foto: Kay Nietfeld / dpa / Bild.de

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyanın baş naziri Angela Merkel ölkənin hazırkı qaçqın siyasətinə görə yenidən təzyiqlərə məruz qalıb.  AzEuroNews.com xəbər verir ki, A.Merkel bu dəfə rəhbərlik etdiyi Xristian Demokratlar Partiyasında (CDU)  təmsil olunanlar tərəfindən hədəf seçilib. Konkret olaraq, Buntestaqın ötən gün keçirilən iclasından öncə daxili işlər naziri Horst Zeehofer və Angela Merkel arasında qaçqın siyasəti ilə bağlı müzakirə olub.

Alman mediasının yazdığına görə, H.Zeehofer A.Merkelə təcili ölkənin qaçqn siyasətini sərtləşdirməyi məsləhət görüb. Daxili işlər naziri bildirib ki, sonra aylar qaqçınlar tərəfindən törədilən cinayətlər ölkədə mənfi abu-hava yaradıb, insanlar gələcəklərindən qorxmağa başlayıblar.

Angela Merkel daxili işlər naziri H.Zeehoferə deyib ki, bu məsələdə tələsik qərar vermək olmaz. Müzakirələr davam etməli, Avropa Birliyinə daxil digər dövlətlərlə birgə bu kimi problemlər üçün “həll paketi” hazırlanmalıdır.

Məlumat üçün bildirək ki, Almaniya ötən ildən qaçqın qəbulu ilə bağlı 200 min nəfərlik kvota müəyyən edib.