İspaniya Futbol Federasiyası dünya çempionatının başlamasına bir gün qalmış milli komandanın baş məşqçisi Xulen Lopetegini vəzifəsindən azad edib.

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Federasiya bəyanat yayıb.

Qeyd olunur ki, bu addım X.Lopeteginin “Real” Madrid futbol klubuna baş məşqçi təyin olunması məlumatının yayılması ilə əlaqədar atılıb.

Xatırladaq ki, Xulen Lopetegi “Kral klubu” ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, dünya çempionatı sabah start götürür. İspaniya millisi ilk matçını iyunun 15-i hazırkı Avropa çempionları Portuqaliyaya qarşı keçirəcək.