“Real Madrid” klubunun keçmiş müdafiəçisi Fernando Yerro İspaniya yığmasının yeni baş məşqçisi təyin edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis iyunun 13-də “Real” klubu ilə gizli danışıqlar apardığı üçün qovulan Xulen Lopeteqini əvəzləyəcək.

Krasnodar şəhərində komandasının Dünya Çempionatına hazırlaşdığı bazada təqdim edilən Yerro iyunun 15-də Portuqaliya ilə ilk matça çıxacaq.