Amerika alimləri arıqlamaq ilə sümük zəifliyi arasında əlaqəni araşdırıblar. Uzun müddət davam edən eksprimentlərdən sonra çəki itirən insanların sümüklərinin daha kövrək və zəif olduğu məlum olub.

AzEuroNews.com bildirir ki, bu yaşlı insanlarda özünü daha çox biruzə verir. Araşdırmanın müəllifləri artıq çəkidən azad olmaq istəyənlərə dieta zamanı ehtiyyatlı olmaqlarını və sümüklərini gücləndirən məşqlər etməklərini məsləhət görüblər.