Günümüzdə xərçəngə tutulma riski getdikcə artıır. Artıq böyüklərlə yanaşı uşaqlarında bu xəstəliyə yaxalanması tez-tez müşahidə olunur. Ən pisi isə xərçəngin uşaqlarda gizli şəkildə irəliləməsi və özünü son mərhələsində göstərməsidir.

AzEuroNews.com bildirir ki, sürətlə çəki itirmə, iştahsızlıq, bədəndə göyərmələr, rənginizin solğunlaşması və s kimi əlamətlərlə özünü göstərən xəstəliyin qarşısı yediyimiz qidalarla da alına bilər. Araşdırmalara görə yanlış qidalanmaq xərçəngin daha tez ortaya çıxmasına şərait yaradır. Məhz ona görə də mövsümündə  meyvə və tərəvəzə, təbii qidalara üstünlük verməyiniz məsləhət görülür.

Mümkünsə bu qidaları süfrənizdən əskik etməyin;

Turp, sarımsaq,soğan, pomidor, brokoli, ispanaq, kələm, kök kimi tərəvəzlər xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, bədəndə olan zəhərli maddələrin atılmasına kömək edir.

Qayısı, fındıq, noxud, qarğıdalı, düyü, buğda, yulaf kimi  B və E vitamini ilə zəngin olan bu qidalar xərçəngdən qorunmaq üçün ən ləzzətli vasitədir.

Əncir, şaftalı, qara üzüm tumu dəmir, kalsium, antioksidant və C vitamini ilə zəngin olduğundan mütəxəssislər bu qidalara üstünlük verməyi məsləhət görürlər.