Qalmaqallı “Maşın” realiti şousunda növbəti dəfə iştirakçılar dalaşıb.

Oxu.Az xəbər verir ki, yayımlanan kadrlarda Roza və Hüseyn arasında gərginlik yaranıb.

Belə ki, yatmamaq üçün mahnı oxumaq istəyən Hüseynə Roza mane olmağa çalışıb. Hüseyn isə inadla yuxusuz qalmaq üçün oxuyacağını deyib. Bu zaman Roza avtomobilin üzərində olan alçaları onun üstünə tullayıb.

Sözügedən kadrları təqdim edirik: