Foto © focus.de
Foto © focus.de

 

Əlövsət Əliyev: “Bu tip cinayətkarlar idarə olunur”

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Yəhudi əsilli Moldovada anadan olan Almaniya vətəndaşı 14 yaşlı Suzana Mariya Feldman evə vaxtında qayıtmadığı üçün valdeyinləri polisə məlumat verir və Suzananın  itkin düşməsi haqqında axtarış işi açılır. AzEuroNews.com Azlegat.com-a istinadən xəbər verir ki, axtarış zamanı Suzananın dostlarından onun Əli  adlı birisi ilə görüşməsi müəyyən edilib. Daha sonra Əlinin şəxsiyyəti polis tərəfindən müəyyən edilib. Onun əslində İraqdan olması, 20 yaşlı Əli Bəşər kimi Almaniyada qeydiyyatda olduğu, 2015-ci ilin payızında ailəsi ilə birlikdə Almaniyaya gəlməsi müəyyən edilib. 2016-cı ilin aprel ayından  Visbadendə yaşayıb,  2016-cı ilin  dekabr ayında onun qaçqın statusu almaq haqqında vəsatətinə rədd cavabı verilib və dərhal ölkəsinə qayıtmaq haqqında qərar qəbul edilib. O, bu qərardan məhkəməyə şikayət edib. Məhkəmə onun qaçqın statusunun  verilməsinə verilən rədd cavabı haqqında şikayəti icraata qəbul edib və Əli Bəşərə şikayətinə baxıldığı vaxta kimi olan müddətdə Almaniyada yaşamaq icazəsi verib.

Foto © Privat, Joerg Halisch / Bilde.de
Foto © Privat, Joerg Halisch / Bilde.de

7 iyun onun haqqında axtarış elan edilsə də artıq o qayıdış şəhadətnaməsi alaraq valdeyinləri, 5 qardaşı və 1 bacısı ilə Düsseldorf aeroportundan İstanbula ordan isə İraqa uçub. Almaniya Federal Polisinin müraciəti əsasında onu Şimali İraqda saxlayaraq dindiriblər. Əli Bəşər törətdiyi cinayəti etiraf edib. Daha sonra isə Almaniya hökümətindən ekstradisiya haqqında müraciət gözləmədən onu Almaniyanın Frankfut aeroportuna gətirərək Almaniyanın hüquq mühafizə orqanlarına təhvil veriblər.

"Leqat" inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev
“Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev

Mövzu ilə bağlı danışan “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyevə görə, yenə də udan Əli Bəşərdir:Çünki İraqda- Kürdüstanda bu cinayətə görə ölüm  hökmü nəzərdə tutulub. Əli Bəşər kimi tanıdığımız şəxs yenədə özünə əlverişli olanını seçibsə deməli bu onun ağılı deyil. Bu tip cinayətkarlar idarə olunur, həm də Şimali İraq dövləti səviyyəsində. Əli Bəşər Almaniyanın hüquq mühafizə orqanlarına da törətdiyi cinayəti etiraf edib, özü haqqında ilk  gəldiyi zaman verdiyi məlumatların əksəriyyətinin düz olmadığı müəyyən olunub. Oda müəyyən olunub ki, əslində onun əsl soyadı Bəşər deyil”.

Ə.Əliyevin sözlərinə görə, Almaniyanın polis orqanlarında  bu hadisəyə qədər də Əli Bəşər və onun ailə üzvlərinin soyuq silahla qadınlara hücum etməsi və davamlı oğurluqla məşğul olması haqqında məlumatlar olsa da polis tərəfindən hərtərəfli araşdırma aparılmayıb: ” Almaniya siyasətçilərinin miqrantlara münasibətdə kəskin qərarlar qəbul etməsinə həm də belə ağır cinayət hadisələri səbəb olur”.

Foto © Polis / dpa / Bild.de
Əli Bəşər/ Foto © Polis / dpa / Bild.de

Məlumat üçün bildirək ki, Almaniyada mayın 22-dən etibarən axtarışda olan və sonra təcavüz edilərək öldürülüb meşəyə atılan 14 yaşındakı Susanna Maria Feldmanın qatili İraqa qaçmışdı.  İki həftə axtarılan 14 yaşındakı qızın cəsədi çərşənbə günü tapılmışdı. Müəyyən edilmişdi  ki, ona meşədə təcavüz etdikdən sonra öldürüblər. Susannanın qatil və qatillərinin axtarşı üçün ölkəboyu keçirilən əməliyyat qısa zamanda nəticəsini vermişdi.

Visbaden şəhər polisindən verilən açıqlamaya görə, 14 yaşlı qızın qatili 20 yaşlı İraqdan olan qaçqın Əli Bəşərdir. (Ali Bashar)

O, Almaniyada qaçqınlar üçün nəzərdə tutulan yataqxanada yaşayırmış. Polisin məlumatında bildirilir ki, 14 yaşlı qızı öldürənlər iki nəfər olublar. Onlardan biri tutulub. Digəri – Əli Bəşər isə, saxta pasportla ailəsi ilə Düsseldorfdan İstanbula ordan da Ərbil şəhərinə qaçıb.

Polis hadisə ilə əlqaəsi olan bir Türkiyə vətəndaşını da həbs edib.