ATƏT-in 25 daimi nümayəndələrindən ibarət qrup 18-22 iyun tarixlərində Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

“Report” qrupun saytına istinadən xəbər verir ki, səfirlər hər üç ölkədə rəhbərlik və parlament, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.

Onlar yerlərdə reallıqlarla tanış olacaq və bu barədə yerli hakimiyyət nümayəndələrinə və səfər zamanı görüşəcəkləri şəxslərə məlumat verəcəklər.

Xüsusilə, səfərin məqsədi səfirlərin ATƏT-in hər üç ölkə ilə bağlı öhdəlikləri və prinsipləri ilə, həmçinin keçmiş, bu gün və potensial gələcəklə bağlı sabitlik, sülh və əmin-amanlığına dəstəyini bir daha təsdiq etməkdir.