Angela Merkel və Horst Zeehofer / Foto: Kay Nietfeld / dpa / Bild.de
Angela Merkel və Horst Zeehofer / Foto: Kay Nietfeld / dpa / Bild.de

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyanın Xristina Demokratlar (CDU) və Xristian Sosila Birlik (CSU) partiyaları bu gün ölkənin qaçqın siyasətinə görə yenidən toplanacaq.

AzEuroNews.com xəbər verir ki, partiyalar ayrı-ayrılıqda toplanaraq müzakirələr aparacaqlar. CDU-lu siyasətçilər Berlində, CSU-dan olanlar isə,Münxendə toplanacaqlar.

Alman mediasının xəbərinə görə, CSU-dan olan siyasətçilərin ölkənin qaçqın siyasətinə görə daxili işlər naziri Horst Zeehoferi dəstəkləyəcəyi gözlənilir.

Baş nazir Angle Merkel problemin Avropa Birliyi ölkələri çərçivəsində həll edilməsini tələb edərkən İtaliya, Avstriya və Yunanıstan kimi ölkələr qaçqnların geri göndərilməsi üçün qarşılıqlı anlaşmaların imzalanmasını istəyirlər.

Məlumat üçün qeyd edək ki, Almaniyada CDU və CSU ittifaqı ölkənin qaçqın siyasətinin sərtləşməsini, sürətli deportasiyanın həyata keçirilməsini tələb edir. Bu radikal fikirlərlə bağlı partiyalarda təmsil olunan siyasətçilər arasında fikir ayrılıqları var. Baş nazir Angela Merkelin yumşaq qaçqın siyasətinə qarş çıxanların başında daxili işlər naziri Horst Zeehofer durur.