Corcina Rodrigezin Ronaldunun beşinci övladına hamilə olduğu açıqlanıb.

Oxu.Az “Esquire”ə istinadən xəbər verir ki, ötən il Alana Martin adlı qız övladı dünyaya gələn Kriştianu və Corcina yenidən valideyn olacaq.

Ronaldunun fərqli qadınlardan üç övladı da var: Mateo, Kriştianu Cunior və Eva Marina.

İndiyədək dörd övladı dünyaya gələn futbolçu hədəfinin yeddi uşaq olduğunu bildirib:

“Ətrafımda nə qədər çox insan olsa, o qədər xoşbəxt oluram. Uşaqsız həyat heç bir şeydir. Yeddi övlad sahibi olmaq istəyirəm”.

Qeyd edək ki, Corcina və Ronaldunun bu il evlənəcəyi iddia edilir.