Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Avaşin-Basyan və Sinat Haftanin rayonlarına hava zərbələri endiriblər.

Trend-in Türkiyə Silahlı Qüvvələrinin baş qərargahına istinadən verdiyi məlumata görə, endirilən hava zərbələri nəticəsində 10 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan əlavə, terrorçuların atəş mövqelərini, silah anbarları və sığınacaqları da məhv edilib.

Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.