Ağ Evin Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqlardakı əsas müşavirlərindən biri Andrea Holl istefa verib.

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti rəsmi mənbəyə istinadən xəbər verib.

Bildirilir ki, A.Holl Ağ Evin kütləvi qırğın silahı sahəsində təhlükəsizlik üzrə müşaviri olub.

Onun ABŞ-KXDR danışıqları ilə əlaqədar işçi qrupun yaradılması fonunda istefaya getdiyi vurğulanıb.