Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı mübarizə çərçivəsində İran-İraq sərhədində əməliyyat keçirir.

Trend-in məlumatına görə, hazırda İraqın şimal-şərqində hərbi əməliyyatların genişləndirilməsi üçün hazırlıqlar aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Türkiyə ordusu İraqın şimalında PKK terrorçularının 14 bazasını məhv edib. Türkiyəli lider İraqda son terrorçu məhv edilənə qədər əməliyyatların davam edəcəyini dəfələrlə bəyan edib.