Rusiyada keçirilən Dünya Çempionatında 2-ci turun oyunları davam edir.

Modern.az xəbər verir ki, bu gün E qrupunda 2, D qrupunda isə 1 görüş keçiriləcək.

E qrupunda mundialın favoritlərindən sayılsa da, ilk turda İsveçrəni uda bilməyən (1:1) Braziliya millisi 2-ci oyununda Kosta-Rikanı sınağa çəkəcək.

Qrupun digər matçında Serbiya və İsveçrə milliləri üz-üzə gələcək.

D qrupunda isə Nigeriya İslandiya ilə qarşılaşacaq. Bu oyunun nəticəsi daha maraqla gözlənilir. İslandiya qələbə qazanacağı təqdirdə Argentinanın qrupdan çıxmaq şansı xeyli azalacaq.

22 iyun

DÇ-2018

II tur

E qrupu

16:00. Braziliya – Kosta-Rika
Baş hakim
: Byörn Kyupers (Hollandiya)
Sankt Peterburq. “Sankt Peterburq Stadionu”

22:00. Serbiya – İsveçrə
Baş hakim:
 Feliks Brix (Almaniya)
Kalininqrad. “Kalininqrad Stadionu”

1.

Serbiya

1

1

0

0

1:0

3

2.

İsveçrə

1

0

1

0

1:1

1

3.

Braziliya

1

0

1

0

1:1

1

4.

Kosta Rika

1

0

0

1

0:1

0

D qrupu

19:00. Nigeriya – İslandiya
Baş hakim:
 Matt Konger (Yeni Zelandiya)
Volqoqrad. “Volqoqrad Arena”

21 iyun

Argentina – Xorvatiya – 0:3

1.

Xorvatiya

2

2

0

0

5:0

6

2.

İslandiya

1

0

1

0

1:1

1

3.

Argentina

2

0

1

1

1:4

1

4.

Nigeriya

1

0

0

1

0:2

0