İmmuntet sistemini gücləndirən əsas vitaminin C vitamini olduğunu yəqin ki, hər kəs bilir. C vitamini dedikdə isə ağlımıza ilk portağal gəlir. Ancaq bu meyvə tərkibində olan C vitamin özəlliyinə görə aşağı sıralardadır. Məsələn bibərdə olan C vitamini miqdarı portağaldan 3 dəfə çoxdur.

AzEuroNews.com bildirir ki, sağlığımız üçün önəmli olan bu vitamin mühüm xəstəliklərlə mübarizə aparan antioksidantla zəngindir. Eyni zamanda dəri sağlamlığına və bədəndə olan yaraların tez sağalmasına da kömək edir.

Təbii yolla bu vitamini necə qəbul edəcəyinizi düşünürsünüzsə aşağıda sadaladığımız meyvə və tərəvəzlər öz menyunuzdan əskik etməyin.

Cəfəri, bibərin hər növü, kivi, brokoli, turp, kələm, çiyələk, limon, portağal, ananas kimi C vitamini ilə zəngin olan bu qidalar təsəvvür etməyəcəyimiz dərəcədə insan həyatında mühüm rol oynayır.