Məşhur türk model Sinem Sülün qayınanası Hikmet Birsen Yüksel və qayınatası Sami Yükseli məhkəməyə verib.

“Ölkə.Az” xəbər verir ki, buna səbəb tərəflərin Sinemin yataq otağına dinləmə cihazı yerləşdirməsi olub. Məhkəmənin hökmü ilə qayınana və qayınata 2 il 6 ay 15 gün həbs cəzasına məhkum edilib.

2005-ci ildə “Miss Model of Turkey” seçilən Sinem 2013-cü ildə iş adamı Mustafa Yüksel ilə evlənib. Bir müddət sonra Sinem yataq otağında dinləmə cihazı aşkar edib. O, ərinin ailəsinin bu qurğunu yerləşdirdiyini iddia edərək məhkəməyə müraciət edib.