Rusiyanın Penza vilayəti prokurorluğu bəzi quşçuluq fermalarında yoxlamalara başlayıb.

Trend-in məlumatına görə, buna səbəb bölgədə “quş qripi” virusunun aşkar olunmasıdır.

Məlumata görə, virus həm bəzi quşçuluq müəssisələrində, eləcə də fərdi həyətlərdə aşkar edilib. Qeyd olunur ki, bu səbəbdən bir neçə gün əvvəl həmin ərazidə artıq karantin elan olunub.

Penza vilayət qubernatorunun mətbuat katibi Dina Çeremuşkina virusun lokallaşdırıldığını bildirib.