Çinin cənubundakı Quandun əyalətində məhkəmə 10 nəfəri edam cəzasına məhkum edib.

Trend-in məlumatına görə, məhkumlar narkotik vasitələrin istehsalı, saxlanması və ticarətində təqsirli biliniblər.

Edam cəzası hökmdən qısa müddət sonra icra olunub. Digər təfərrüatlar bildirilmir.