Rusiyada keçirilən dünya çempionatında bu gün qrup mərhələsində son tura start veriləcək.

Modern.az xəbər verir ki, A və B qruplarının kollektivləri bu mərhələdə son görüşlərini keçiriləcəklər.

İlk olaraq A qrupunun komanları mübarizə aparacaq. Bu qrupda pley-off mərhələsinə yüksələn hər iki komandanın adı məlumdur. 2 turdan sonra xal itirməyən Rusiya və Uruqvayın mübarizəsində qrup qalibinin adına aydınlıq gələcək.

Formal xarakter daşıyan Səudiyyə Ərəbistanı – Misir matçında isə sevinən tərəf qrupu üçüncü pillədə başa vuracaq.

Ardınca B qrupunun kollektivləri mübarizə aparacaqlar. Son tur öncəsi burada 3 komandanın 1/8 finala adlamaq şansı var. Əsas diqqətlər İran – Portuqaliya matçına yönələcək. Bu görüşdə qalib gələn tərəf pley-off adlayacaq. Kriştiano Ronaldonun lideri olduğu portuqalları heç-heçə də qane edir.

İspaniya isə Mərakeşə uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaq.

DÇ-2018

25 iyun

A qrupu

18:00. Uruqvay – Rusiya
Baş hakim: 
Malanq Didhyu (Seneqal)
Samara. “Samara Arena”

18:00. Səudiyyə Ərəbistanı – Misir
Baş hakim: 
Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. “Volqoqrad Arena”

1.

Rusiya

2

2

0

0

8:1

6

2.

Uruqvay

2

2

0

0

2:0

6

3.

Misir

2

0

0

2

1:4

0

4.

S.Ərəbistanı

2

0

0

2

0:6

0

B qrupu

22:00. İran – Portuqaliya
Baş hakim:
 Enrike Kaseres (Paraqvay)
Saransk. “Mordoviya Arena”

22:00. İspaniya – Mərakeş
Baş hakim: R
avşan İrmatov (Özbəkistan)
Kalininqrad. “Kalininqrad” stadionu

1.

İspaniya

2

1

1

0

4:3

4

2.

Portuqaliya

2

1

1

0

4:3

4

3.

İran

2

1

0

1

1:1

3

4.

Mərakeş

2

0

0

2

0:2

0