“Monolit Plaza”da yanğın olub.

Oxu.Az 1news-a istinadla xəbər verir ki, yanğın restoranın mətbəxində meydana gəlib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.