Samir A./ Foto © Andreas Wegener/BILD.de
Samir A./ Foto © Andreas Wegener/BILD.de

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Keçmiş “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin mühafizəçisi 41 yaşlı Sami A.  Almaniyada həbs edilib. AzEuroNews.com xəbər verir ki, o, ötən gün yaşadığı Boxum şəhərində polis tərəfindən həbs edilib.

Onun həbsinə səbəb isə, Almaniya məhkəməsi tərəfindən barəsində ölkədən deportasiya qərarının çıxarılmasıdır. Əslində 2005-ci ildə Boxum İdarə Məhkəməsi onun Almaniyada yaşamaq icazəsinə xitam verərək barəsində deportasiya qərarı çıxarıb. Lakin o, qərardan şikayət edib. 2017-ci ildə məhkəmə onun Tunisdə işgəncə görə biləcəyini əsas gətirərək deportasiya qərarını ləğv edib.

Bu il “Almaniya üçün Alternativ” (AfD) partiyası bir neçə dəfə onun barəsində məsələ qaldıraraq Almaniya hökumətindən təcili deportasiyasın tələb edib. Hətta Sami A.-nın ölkəsində işgəncə görə biləcəyi ilə bağlı dediyi səbəbə görə, Tunis hökumətinə rəsmi müraciət edilib. Tunisin insan haqları naziri Mehdi Ben Xarbia sorğuya cavab olaraq bildirib ki, ölkəsinə deportasiya ediləcəyi təqdirdə Sami A. heç bir işgəncəyə məruz qalmayacaq. M.B. Xarbia vurğulayıb ki, ümumiyyətlə Tunisdə heç kimə işgəncə verilmir.

Hazırda polis nəzarətində saxlanılan Sami A.-nn yaxın günlərdə ölkəsinə deportasiya ediləcəyi gözlənilir.

Məlumat üçün qeyd edək ki, Üsamə Bin Ladenin mühafiəzçisi indiyə kimi Almaniyada təklif olunan bütün işlərdən imtina edərək 21 ildir ki, dövlətdən aldığı sosial yardımla yaşayıb. O, ayda təxminən 1168 avro yardım alıb.