“Apple” korporasiyası ”AirPods” seriyasından olan qulaqcıqların yeni versiyasını istehsal etməyə hazırlaşır.

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, yeni qulaqcıqlar ürək ritmini izləmək üçün biometrik “datçik”lərlə təchiz ediləcək. Cihaza su damcılarının düşməsi mümkün olmayacaq.

Yeni qulaqcıqlar əvvəlki versiyadan (159 dollar) baha qiymətə satışa çıxarılacaq. Lakin məhsulun bazara çıxarılması 2019-cu ildən tez baş tutmayacaq.