ABŞ-da cari ilin may ayından bu günə qədər qeyri-leqal miqrantlara qarşı həyata keçirilən “Sıfır tolerantıq” siyasəti müvəqqəti olaraq dayandırılıb. AzEuroNews.com xəbər verir ki, bu barədə rəsmi bəyanatı Texas ştatında ABŞ sərhədinin qorunması və təhlükəsizlik departamentinin rəhbəri Kevin Meklelan verib.

Qeyd olunan qərar iyunun 20-də Donald Tramp tərəfindən imzalanaraq təsdiqlənib. Donald Tramp bəyan edib ki, ailələrin ayrı düşməsi siyasətinin aradan qaldırılmasına rəğmən sərhəddə qeyri-leqal miqrantların həbs edilməsi davam edəcək. Ancaq ABŞ və Meksika sərhədində qeyri-leqal miqrantların həbs edilməsi müvəqqəti olaraq dayandırılıb.

Kevin Maklelanın dediyinə görə, onun departamenti və ABŞ-ın hüquqşünaslar departamenti yeni strategiya üzərində işləyir: “ABŞ sərhədinin pozulması üçün miqrantların üzərinə elə məsuliyyət qoyulmalıdır ki, nə prezidentin qərarı, nə də uşaqların hüquqları pozulmasın”.