Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Kanadada 48 min yük maşını sürücüsünə ehtiyac yaranıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Kanada Yük Maşını Sürücüləri Birliyi açıqlama yayıb.

“New Brunswick” əyalətindəki çox sayda daşımaçılıq şirkəti uzaq məsafələr üçün TIR sürücüsü tapmağa çətinlik çəkir. Bir müddət əvvəl şirkətlər vəziyyətdən çıxmaq üçün sürücülərin maaşını artırıb. Lakin maaş artımı problemi həll etmək üçün yetərli olmayıb.

Artıq ölkənin bir çox əyalətində miqrantları bu işə cəlb etmək üçün müxətlif proqramların icrasına başlayıblar. Bir müddət əvvəl 390 miqrant “New Brunswick” əyalətində işlə təmin olunub.

Kanada Yük Maşını Sürücüləri Birliyindən verilən açıqlamada bildirilib ki, hazırda ölkədə TIR sürücülərinin illik maaşı 80 min, bəzi əyalətlərdə 100 min Kanada dollarıdır.