LG-nin yeni flaqman smartfonu “V40” dünyada ilk dəfə olaraq 5 kamera ilə təchiz ediləcək.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə BGR texnoloji portalı öz mənbələrinə istinadən məlumat yayıb.

İki kamera ön paneldə, üçü isə arxada yerləşəcək. Ön kamera cihazın blokunu açmaq üçün üz tanıma sistemi tərəfindən işə salınacaq. Sistem “Apple”ın son flaqmanında olduğu kimi çalışacaq.

Üçlü kamera isə standart obyektivə və LG-nin ozünün genişbucaqlı obyektivinə malik olacaq. Üçüncü sensor haqda məlumat yoxdur.

Dizayn “LG G7” stilində olacaq.