Dünyanın ən varlı 25 ailəsi açıqlanıb.

“Ölkə.Az” xəbər verir ki, siyahını “Bloomberg” nəşri hazırlayıb. Siyahıya varidatın heç olmazsa bir dəfə nəsildən nəslə ötürüldüyü ailələr düşüb.

Reytinqdə ilk pilləni Uoltonlar ailəsi tutub. Sözügedən ailə “Walmart” supermarketlər şəbəkəsinin sahibidir. Onların varidatı 151 milyard dollar civarındadır.

İkinci yerdə Çarlz və Devid Kox qardaşlarıdır. Onlar 98,7 milyard dollar pula sahibdirlər. Qardaşların atası Fred Kox 1940-cı ildə Koch Industries şirkətinin əsasını qoyub.

Dünyanın üçüncü ən zəngin ailəsi 89,7 milyard dollarla Frenk Marsın varisləridir.

Asiyada ən varlı ailə Ambanilərdir. Ailə 43,4 milyardlıq sərvətlə Hindistan holdinqi Reliance Industries-ə rəhbərlik edir.

25-lik siyahıya Samsung-un yaradıcısı Li Byen Çxolun sələfləri və kosmetoloji imperiya “Estee Lauder”in varisləri düşüb. Onlar isə 24,3 milyard dollarlıq sərvəti idarə edirlər.