AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi seçilib.

“Report”un Qərbi Avropa bürosunun məlumatına görə, bu vəzifəni britaniyalı deputat Rocer Geyl (Roger Gale) icra edəcək.

O, bu vəzifədə Sezar Florin Predanı əvəzləyib.

Azərbaycan üzrə ikinci həmməruzəçinin seçimi Assambleyanın yay sessiyası çərçivəsində baş tutub.

Xatırladaq ki, daha əvvəl AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennax həmməruzəçilərin sentyabr ayında ölkəyə səfər etməyi planlaşdırdıqlarını bildirib.