ABŞ-da məhbusların qiyam qaldırması nəticəsində 6 mühafizəçi xəsarət alıb.

“Chicago Tribune” qəzeti xəbər verir ki, hadisə bu gecə İllinoys ştatındakı “Pontiak” islah mərkəzində baş verib. 5 məhbus müəssisə əməkdaşlarına hücum edib. Mühafizəçilərin nə dərəcədə ciddi xəsarət almaları barədə məlumat verilmir. Eyni zamanda, münaqişənin hansı səbəbdən baş verməsi barədə də dəqiq məlumat yoxdur.

Qeyd edək ki, sərt rejimli cəzaçəkmə müəssisəsində yalnız kişi məhbuslar saxlanılır.