Yay mövsümünün başlaması ilə çimərliyə gedənlərin də sayı artıb. Buna görə də dənizkənarında yerləşən məkanlar qiymətlərdə dəyişikliklər ediblər.

Ötən illərə nisbətən çimərliklərə giriş qiymətlərində də xeyli dəyişikliklər var. Hətta bəzi məkanlar xarici vətəndaşlar üçün qiymətləri daha yüksək ediblər.

Axşam.az dənizkənarı istirahət mərkəzlərinin qiymətlərini təqdim edir:

Mərdəkanda yerləşən “Dalga Beach-Aqua Park” istirahət mərkəzinə girişin qiyməti həftəiçi 35 AZN, şənbə-bazar günləri isə 50 AZN-dir. 6 yaşa kimi uşaqlar üçün ödəniş edilmir. 6 yaşdan yuxarı uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Xarici vətəndaşlar həftəiçi giriş 50 manat, həftəsonu isə 70 manatdır.

Nardaranda yerləşən “Sea Breeze hotel” qiymətlər həftənin bütün günü üçün 20 manatdır.

Hövsanda yerləşən “Halikarnas Balıkçısı”nda həftəiçi giriş 10 manatdır. Həftəsonu isə 15 manatdır. Bura dəsmal, “lejanka” və çətirli masa daxildir. Özünüzlə yemək və içki gətirməyə icazə verilmir.

Novxanıda yerləşən “Af Hotel Aqua Park”a girişin qiyməti 15 AZN-dir. 12 yaşdan yuxarı uşaqlar üçün 10 manat ödənilməlidir. 2 yaşına kimi uşaqlara isə giriş pulsuzdur.

Şıxovda yerləşən “Aqua Park”a giriş 10 manatdır. Bura “lejanka”, çətirli masa və hovuzdan istifadə daxildir. Bu məkanda giriş qiyməti ötən il olduğu kimi qalsa da, yeməklərdə bahalaşma var. Bu qiymətlər əcnəbi vətəndaşlar üçün fərqlidir. Onlardan girişdə bir nəfər üçün 20, 30, hətta 50 manat da alınır.

Bilgəh qəsəbəsində yerləşən “Amburan” çimərlik mərkəzində bu il qiymətlər daha da bahalaşıb. Bazar ertəsi 20 AZN, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 23 AZN, həftəsonu isə 28 AZN-dir. 130 santimetrə qədər boyu olan uşaqlara giriş pulsuzdur. Bu qiymətə hovuz, dəsmal, adi “lejanka”, futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25-30 manat ödəməlidirlər.

“Nar sharab”da isə giriş 20 manatdır. Ötən illə müqayisədə qiymət 5 manat bahalaşıb.

“My Beach Novkhani” böyüklər üçün giriş həftəiçi 20 manat, 6 yaşdan 12- yaşa qədər olan uşaqlara isə 15 manatdır. Həftəsonu isə giriş 25 manatdır. Bu qiymətə sadəcə dəniz kənarı daxildir. “Lejanka” istəsəniz, əlavə 5 manat ödəməlisiniz. Bisetkaların altında oturmaq istəyənlər 20, çətirlərdə isə 15 manat ödənilməlidir. Paraşütdən istifadə etmək istəyən 70 manat ödəməlidir. Əgər iki nəfər paraşütə minəcəksə, 100 manat verəcək.

“Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 30 manatdır.

“Mambo beach club”a həftəiçi giriş 15 manat, həftəsonu isə 20 manatdır. Hər ailədən 6 yaşa qədər olan 1 uşaq ödənişsizdir. Qiymətə çimərlik, açıq hovuz, soyunub-geyinmə otağı, duş kabinələri, çətir, VİP çadırlar, “lejanka” daxildir. Ayrıca dəsmal və açarlı dolab üçün 15 manat ödənilməlidir.