Alaçatıda görüntülənən Murat Boz ideal bədən quruluşu ilə diqqət çəkib.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa Aslı Enverlə ayrıldıqdan sonra müğənni həmkarı Soner Sarıkabadayı ilə tətilə getdi.

İfaçı çimərlikdə paparassilərin obyektivinə tuş gəlib. Dənizə girmək əvəzinə günəş vannası qəbul edən Bozun əlindən telefon düşməyib.

Murad haqqında yeni sevgili tapması ilə bağlı çıxan xəbərlərə “Həyatımda heç kim yoxdur” cavabını verib.