Zəlzələnin maqnitudası 3,3 bal, zəlzələnin mərkəzi 31 kilometr dərinlikdə olub.

Modern.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə əsasən, zəlzələ yerli vaxtla saat 04:54-də Mingəçevirdən 24 km cənubda, Yevlax rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanlar güclü hiss olunmayıb.

Dağıntılar və xəsarət alan yoxdur.